SON XƏBƏR

Salyanın təhsil ocaqlarında qışa hazırlıq işləri başa çatıb

Oktyabr 26
09:53 2016
Salyanın ümumtəhsil məktəblərində qış mövsümünə hazırlıq işləri artıq başa çatıb. Təhsil ocaqlarındakı istilik sistemləri yoxlanılıb, çatışmazlıqlar aradan qaldırılıb.
 
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayondakı 55 ümumtəhsil məktəbindən 18-i mərkəzləşdirilmiş qazanxana sisteminə qoşulub. Qazanxanaların 13-ü təbii qazla, 4-ü dizel yanacağı, 1-i isə elektrik enerjisi ilə işləyir. Digər məktəblərin isə həm odun sobaları, həm də elektrik enerjisi ilə qızdırılması nəzərdə tutulub. Odun sobaları ilə qızdırılan təhsil ocaqları üçün kifayət qədər odun tədarük olunaraq məktəblərə paylanılıb. Bundan əlavə, 5 məktəbdə yeni istilik sistemlərinin quraşdırılması işləri artıq başa çatdırılıb. Yaxın günlərdə bu qazanxanalar da yoxlanılaraq işə salınacaq.
 
Rayon təhsil şöbəsinin müdiri Xudaverdi Piriyevin sözlərinə görə, Salyanın ümumtəhsil məktəblərində istiliklə bağlı ciddi problem olmayacaq. Məktəblərə istilik verilməsinə noyabrın 15-dən etibarən başlanılacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook