SON XƏBƏR

Salyanda Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar “Xocalı XX əsrin faciəsidir” adlı tədbir keçirilmişdir

Fevral 24
15:15 2017
Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar "Xocalı XX əsrin faciəsidir” adlı tədbir keçirilmişdir.
     
23 fevral 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar "Xocalı XX əsrin faciəsidir” adlı tədbir keçirilmişdir.
 
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri,idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
 
Tədbirdə çıxışlar olmuş, şagirdlərin ifasında ədəbi-bədii kompozisiya səsləndirilmiş, faciənin dəhşətlərini əks etdirən rəsm sərgisi və videoçarx nümayiş olunmuşdur.
     
Xocalı sakini, faciənin canlı şahidi olan Təyyar Rzaquluyev həmin gecə ermənilərin və 366-cı motoatıcı alayın törətdiyi vəhşiliklərdən danışaraq, Xocalıda baş verən həmin hadisələrə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulamışdır.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook