SON XƏBƏR

Salyanda Xəlil Rza Ulutürkün anım günü qeyd olunub - FOTOLAR

İyun 25
00:31 2018
Salyan rayonunda Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün anım günü ilə əlaqədar tədbir keçirilmişdir.

22 İyun 2018-cı il tarixində Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün anım günü ilə əlaqədar Salyan şəhərində yerləşən "Ata-oğul” xatirə kompleksinin qarşısında tədbir keçirilmişdir.
 
Tədbirdə Salyan rayonu İcra hakimiyyətinin başçısı S.Hətəmov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak etmiş, abidə önünə gül-çiçək dəstələri qoymuşlar.
     
Tədbirdə çıxış edən natiqlər X.Rzanın həyat yolundan, Azərbaycanın müstəqilliyi uğrunda fəaliyyətindən, poeziyasından, gələcək nəsillərə örnək ola biləcək vətənpərvərliyindən danışmış və yaddaşlara həkk edilmiş  şeirlərini səsləndirmişlər.
 
Qlobal.Az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook