SON XƏBƏR

Salyanda “9 Noyabr Dövlət Bayrağı Gününə” həsr edilmiş Veloyürüş keçirilib - FOTO

Noyabr 08
14:05 2019
06 noyabr 2019-cu il tarixində Salyan şəhərində Salyan rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının rayon Təşkilatı, Salyan rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "9 Noyabr Dövlət Bayrağı Gününə” həsr edilmiş Veloyürüş keçirilmişdir.
 
Dövlət Bayrağı gününü qeyd etmək, sağlam həyat tərzinin təbliğ olunması və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə keçirilən veloyürüşə Heydər Parkının qarşısından start verilmişdir.
 
Yürüş iştirakçıları şəhər mərkəzi ilə hərəkət edərək Salyan dairəsini dövrə vurmuş və finiş xəttinə çatmışlar.
 
Yürüş iştirakçılarını təcili tibbi yardım və yol patrulu xidmətinin əməkdaşları müşayiət etmişlər.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook