SON XƏBƏR

Salyanda “31 Dekabr- Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı” qeyd olunub

Dekabr 30
11:40 2017
29 dekabrda Salyan rayon Bayraq Meydanında "31 Dekabr- Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il” münasibətilə bayram tədbiri keçirilib.
     
Tədbirdə rayonun İncəsənət və Musiqi, məktəbəqədər və orta təhsil məktəblərinin şagirdləri maraqlı musiqi, rəqs, şeir nömrələri və səhnəciklərlə çıxışlar etmiş, rayon incəsənət ustalarının ifasında mahnılar səsləndirilmişdir.
 
Eyni gündə "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il" bayramları münasibətilə Salyan şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.
         
Bayram ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə təşkil edilən yarmarkaya 5 ton mal və qoyun əti, 1 ton quş əti, müxtəlif bayram çərəzləri və ərzaqları, mövsümə uyğun meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
        
Yarmarkada «Şəfa Broyler» MMC, «Sünbül-2012» MMC, «Nurgun-Aqro» MMC, «Azərsun» şirkəti, Veysəloğlu Satış və Distribütor Şirkəti, kənd təsərrüfatı istehsalı ilə məşğul olan fərdi sahibkarlar iştirak etmişlər.
         
Bayram yarmarkasında alıcılara bazar qiymətlərindən 25-30 faiz aşağı qiymətə məhsullar təklif olunmuşdur.
         
Rayon sakinləri Yeni il ərəfəsində yarmarkada təzə və keyfiyyətli məhsulların satışına görə yarmarkanın təşkilatçılarına, sahibkarlara və fermerlərə minnətdarlıqlarını bildirmişlər.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook