SON XƏBƏR

Salyanda “17 İyun – Tibb işçiləri Günü” qeyd olundu

İyun 17
11:30 2017
16 İyun 2017-ci il tarixində Salyan rayon İcra hakimiyyətində "17 İyun – Tibb işçiləri Günü” münasibətilə tədbir keçirilmişdir.
 
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov səhiyyə işçilərini  əlamətdar gün münasibətilə təbrik etmiş, ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli sərəncamı ilə qeyd edilən
Tibb İşçiləri Gününün mahiyyətindən, bu sahədə çalışanların hər cür diqqət və hörmətə layiq olmalarından danışmışdır.
 
Tədbirdə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov, xəstəxananın terapiya şöbəsinin müdiri Fatma Səmədzadə, birləşmiş uşaq xəstəxanasının poliklinika şöbəsinin həkim-nevropatoloqu Nurlanə Cavadova, həkim-terapevt Gülarə Zeynalova çıxış edərək səhiyyə işçilərinin sosial-iqtisadi, məişət problemlərinin həlli istiqamətində görülən işlərə, həyata keçirilən tədbirlərə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.
 
Tədbirdə bir qrup səhiyyə işçisinə rayon İcra hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilmişdir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook