SON XƏBƏR

Salyan rayonunun 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir

İyul 21
00:03 2017
20 iyul 2017-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrlə əlaqədar Salyan rayonunun 2017-cı ilin birinci yarısının sosial- iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.
 
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov 2017-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etmişdir.
 
Sonra yığıncağda çıxışlar olmuş, qərar layihəsi qəbul edilmişdir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook