SON XƏBƏR

Salyan rayonunda xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib

İyul 03
17:01 2020
3 iyul tarixində Salyan Rayon İcra Hakimiyyətinin başçısı və Hüquq-Mühafizə orqanlarının məsul əməkdaşları rayon ərazisində xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib.
 
Operativ Qərərgahın müəyyən etdiyi qaydalara uyğun olaraq Salyan rayon İcra Hakimiyyətinin başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ictimai nəqliyyatda, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparıblar.
     
Reyd zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etməkləri tövsiyyə olunmuşdur.
 
Qlobal.az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook