SON XƏBƏR

Salyan rayon İcra hakimiyyətində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaranmasının 24-cü ildönümü qeyd olunub

İyul 20
23:55 2017
17 İyul 2017-ci il tarixində Salyan rayon İcra hakimiyyətində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaranmasının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
 
Qlobal.az rayon icra hakimiyyətinə istinadla xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül- çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər.
 
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, ərazi partiya təşkilatlarının sədrləri, şura üzvləri, partiya fəalları, idarə heyətinin üzvləri iştirak etmişlər.
 
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək əlamətdar gün münasibətilə təşkilatın üzvlərini təbrik etmiş, Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli inkişaf yolundan, cəmiyyətdəki aparıcı mövqeyindən danışmış, partiyanın yaradıcısı olan ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə qazanılmış uğurlardan bəhs etmişdir.
 
Tədbirdə təşkilatın yaranma tarixi, keçdiyi yol, ötən 24 il ərzindəki fəaliyyəti barədə çıxışlar olmuşdur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook