SON XƏBƏR

Salyan rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün hesabat yığıncağı keçirilib

Aprel 18
09:36 2018
17 aprel 2018-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında möhtərəm Prezidentimizin nitqindən irəli gələn vəzifələrlə əlaqədar Salyan rayon İcra hakimiyyətinin 2018-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.
     
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov 2018-ci ilin üç ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etmişdir. Yığıncağda məruzə ətrafında çıxışlar olmuş, cənab Prezident İlham Əliyevin Salyana davamlı diqqəti və qayğısı sayəsində genişmiqyaslı quruculuq–abadlıq işlərinin icra edildiyini diqqətə çatdıraraq bu ilin üç ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlarını qeyd etmişlər.
     
Hesabat yığıncağında müzakirə olunan məsələyə dair qərar qəbul edilmişdir.
 
Qlobal.Az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook