SON XƏBƏR

Salyan rayon İcra hakimiyyətində "18 Oktyabr-Dövlət Müstəqilliyi Günü" münasibətilə tədbir keçirilib

Oktyabr 18
23:49 2017
17 oktyabr 2017-ci il tarixində Salyan rayon İcra hakimiyyətində Azərbaycan Respublikasının 18 Oktyabr -Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
       
Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbirdə çıxış edərək müstəqilliyimizin əldə edilməsi, möhkəmləndirilməsi və onun əbədi edilməsi üçün Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı prezidentimiz cənab İlham Əliyevin xidmətlərindən danışmış, bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.
     
Tədbirdə çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi töhfələrdən ətraflı danışmış, 26 illik müstəqillik dövründə ölkəmizin daxili və xarici siyasətində qazanılmış uğurlardan bəhs etmiş, bütün bu uğurların xoşbəxt sabaha böyük inam yaratdığını, dövlət müstəqilliyimizin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da inkişaf edib möhkəmlənəcəyinə, onun sarsılmaz və daimi olacağına qəti şəkildə inandıqlarını vurğulamışlar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook