SON XƏBƏR

Sakinlər: İcra başçısı avtobus dayanacağını satıb

Avqust 25
08:41 2019
Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova Xırdalanda avtobus dayanacağını satıb.
Bu barədə Arqument.Az-a sakinlər məlumat veriblər.

Onlar bildiriblər ki, İradə Gülməmmədova Nizami küçəsində – bu qədər kiçik ərazidə və üstəlik də avtobus dayanacağının yerində bina tikməyə icazə verib.

"”Aytac” restoranının tam qarşısında tikirlər. İki maşının yanaşı zorla keçdiyi yerdə. ”Sultan” şadlıq sarayı tərəfdən gələndə texnikuma çatmamış”, – məlumatda deyilir.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, İradə Gülməmmədova son illər torpaq satışı, ərazilərin zəbt edilməsi və s qalmaqallarda ən çox adı səsləndirilən icra başçılarındandır.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook