SON XƏBƏR

Sakinlər: "Elşad Həsənov hesabat verməyi yaddan çıxarıb"

Aprel 22
02:59 2021
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 2020-ci il hesabat verməyib.

Bu barədə "rubrika.az" məlumat yayıb.

İcra Hakimiyyətinin rəsmi saytında da belə bir hesabata rast gəlinmir.

Saytda yalnız 2019-ci ilin hesabatına rast gəlmək mümkündür ki, bu da yeni icra başçısı Elşad Həsənovun dövrünə aid deyil. 

Bildirilir ki, E.Həsənov bu vəzifəyə 2019-cu ilin noyabrında təyinat alıb və 2020-ci il üçün hesabat təqdim edilməyib.

Sakinlər isə sosial şəbəkələrdə bu xəbərə belə rekasiya veriblər: "Deyəsən, "yaddan çıxarıb”".

"2019 hesabatında isə görüntü xatirinə olsa belə hansı küçənin, hansı məhəllənin abadlaşması haqda ən azı məlumat var. E.Həsənov gəldiyi gündən bir yol asfaltlanmayıb, bir məhəllə abadlaşmayıb, bir ərazinin abadlaşmasına tapşırıq verməyib. Çox uzağa getmədən, Yasamalın "Şamaxinka”, Alatava massivlərinə baxmaq, Yeni Yasamala baş çəkmək yetərlidir ki, yolların nə vəziyyətdə olduğunu görəsən", - sakinlər qeyd ediblər. 

Onlar hesab edirlər ki, bu, hesabatlılıq, şəffaflıq və məsuliyyətdən yayınmaqdır. 

Bundan əlavə, icra hakimiyyətinin saytı da sistemili şəkildə yenilənmir. 

Ekspertlər hesab edirlər ki, dövlət qurumları əksər hallarda şəffaflıq və hesabatlılıqdan yayınırlar. 

Hüquqşünas Xalid Ağaliyev arqument.az-a bildirib ki, icra hakimiyyəti və istənilən dövlət qurumu görülən işlərlə bağlı hesabatlı olmalı və ictimaiyyəti məlumatlandırmalıdır:

"Amma təəssüflər olsun ki, dövlət qurumlarının internet resursları çox vaxt "Elektron hökumət"in tələblərinə cavab vermir. Hesabata gəlincə, hər il aprel ayının 30-dək həmin hesabatlar hər kəs üçün çatımlı resurslarda yerləşdirilməlidir".

Yasamal Rayon İcra Hakimiyyətindən məsələyə münasibət almaq mümkün olmayıb. 

Qlobal.Az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook