SON XƏBƏR

Şahmar İbadovun qəza törədən oğlunun avtomobil kolleksiyası - FOTOLAR

Avqust 30
02:55 2017
Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadovun avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törətməsi ilə bağlı məlumat yayılıb. Bu məlumatı icra başçısının müavini özü də təsdiqləyib. 

O bildirib ki, bildirib ki, yaşlı qadının ölümü oğlunun qəza törətməsi ilə  bağlı deyil.

"Hadisə avqust ayında baş verib. Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu təmamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər cəzası varsa çəkəcək. Əks halda sərbəst buraxılacaq”, - Şahmar İbadov bildirib.

Bu məlumatda sonra mediada və sosial şəbəkələrdə qəza törədən məmur oğlunun bahalı maşın kolleksiyası barədə məlumat yayılıb. Belə ki, Elmar İbadov qəzanı "Range Rover" markalı avtomobillə törətsə də, onun 10-AC-100 nömrəli daha bir neçə avtomobilinin olduğu deyilir. 

Məmur oğlunun bu kolleksiyasında bahalı "Galandwagen" markalı maşının da olduğu iddia edilir. 10-AC-100 dövlət nömrə nişanlı "Galandwagen"in şəhərdə tez-tez göründüyü bildirilir. 

Azxeber.com isə məlumat yayıb ki, hadisədən sonra Elmarın "İnstagram" hesabındakı maşın kolleksiyasında olan şəkilləri silinib. 

İcra başçısının müavini hadisənin şişirdilməməsi üçün mətbuatda əlindən gələni edir ki, hadisə baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyin törətdiyi qəza kimi geniş kütləyə çatmasın. 
 
Məlumata görə, Elmar İbadovun Bakı Dövlət Univerisitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində oxuyub. Bu il BDU-nu bitirsə də, hərbi xidmətə getməyib. 

Sosial şəbəkələrdə və mediada Elmar İbadovun olduğu iddia edilən maşın kolleksiyası: 
 

 

 

 

 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook