SON XƏBƏR

Sahil Babayev: ““Neft Fondunun bütün pulunu əhaliyə paylayaq” deyənlər ölkənin süqutunu istəyənlərdir”

Aprel 09
11:28 2020
"Karantin müddəti o vaxt yüngülləşdirilməlidir ki, həmin gün yoluxanların sayı sağalanların sayından az olsun”.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev REAL TV-də qonaq olan zaman deyib. Nazir bildirib ki, bu müddətin nə qədər çəkməsi vətəndaşlarımızın məsuliyyətindən asılıdır:

"Bu gün sağalanların sayı yoluxanların sayından azdır. Bu da karantin rejiminin davam etməsinin birbaşa göstəricisidir. Dövlət gücü çatan qədər vətəndaşlarını qoruyur və qorumağa da davam edəcək.

Bu gün populizmə inanıb "Neft Fondunun bütün pulunu əhaliyə paylayaq” deyənlər yalnız ölkənin süqutunu istəyən insanlardır. Bütün dünyada qlobal resesiya başlayıb. Artıq bu, böhrandır. Dünyada ciddi şəkildə ümumi daxili məhsulun, ticarət əlaqələrinin azalması, işsizliyin artması gözlənilir”. (Qafqazinfo.az)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook