SON XƏBƏR

Sahil Babayev islahatı davam etdirir - daha 4 müdir işdən çıxarıldı

May 22
04:56 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırıb.

Qlobal.Az-ın unikal.org-a istinadən məlumatına görə, nazir bununla bağlı əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahini vəzifəsindən uzaqlaşdırıb.

Məsələ ilə bağlı Unikal.org-a Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən xəbəri təsdiqləyiblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook