SON XƏBƏR

Sahil Babayev: "Azərbaycanda qadınlar arasında məşğulluq səviyyəsi getdikcə yüksəlir"

İyun 01
10:48 2018
"Azərbaycan qadın hüquqlarının müdafiəsi sahəsində fəal dövlət siyasətinə malikdir".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay Rayderlə görüşü zamanı deyib.

O bildirib ki, Azərbaycanda əmək və məşğulluq sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilib: "Qadınlar arasında məşğulluq səviyyəsi də getdikcə yüksəlir, hətta bir sıra sahələrdə işləyənlərin daha böyük hissəsi qadınlardır".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook