SON XƏBƏR

Sahil Babayev ağdamlıları sevindirməyə hazırlaşır - Kadr dəyişikliyi

İyul 18
01:13 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "qısa fasilə"dən sonra kadr dəyişikliyi etməyə hazırlaşır. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə nazirin bu dəfəki "hədəfi" Ağdam rayon Məşğulluq Mərkəzinin direktoru Elşən Rüstəmovdur.
 
Elşən Rüstəmovun adı ötən il çox ciddi maxinasiyada hallandırılırdı. Belə ki, mətbuat vasitəsilə Ağdam rayon Evoğlu kənd sakini Cəfərov Elmir Ələddin oğlu Əmək və Əhalinin Sosial Müdafiəi naziri Səlim Müslümova müraciət edərək acınacaqlı şəraitdə yaşadığını bildirir, Ağdam Məşğulluq Xidməti vasitəsi ilə "özünə məşğulluq" proqramı çərçivəsində ona ayrılan 4000 (dörd min) manatı verməməkdə Mərkəz direktorunu və baş mühasibi günahlandırırdı.
 

 
Şikayətçi yazırdı: "Mən Cəfərov Elmir Ələddin oğlu Ağdam rayon Evoğlu kənd sakiniyəm. Çox kasıb halda yaşayırıq. Ailə vəziyyətimiz çox acınacaqlıdır. Evimiz 1 otaqdan ibarətdir və az qalır ki, güclü külək olanda ev başımıza uça. Evin dam örtüyü yararsız vəziyyətdədir, döşəməsi torpaqdandır. Nə mən nə də ki, həyat yoldaşım heç bir yerdə işləmirik. 1 ildir ki, Ağdam Məşğulluq Xidməti vasitəsi ilə "özünə məşğulluq" proqramına qoşulmuşam. Bir çox məşğələlərdə iştirak etmişəm və imtahanlar vermişəm. Dövlət tərəfindən "özünə məşğulluq" proqramı ilə bizim ailəmizə 4000 manat vəsait ayrılıb ki, bizim ailəmizə sərf edilsin. Ancaq Ağdam Məşğulluq Xidmətinin rəisi Elşən Rüstəmov və onun Möhübbət adlı müavini həmin vəsaiti bizə verməyi yubadaraq bir ilə yaxındır başımıza Allahın müsübətini açırlar. Sizə göndərmiş olduğum video lentə baxanda görəcəksiz ki, biz hansı vəziyyətdə yaşayırıq. Bizim yaşadığımız evlə (ona ev demək olarsa) erməni postunun ara məsafəsi 600 metirdən də azdır. Çox xahiş edirəm aidiyyatı qurumlara göstəriş verəsiniz bu məsələni ətraflı araşdırsınlar və bizim kasıb, acından ölən ailə üzvülərimizə yardımçı olsunlar və haqqımızın bərpa olunmasına köməklik göstərsinlər".
 

 
Ağdam rayon Məşğulluq Mərkəzində buna oxşar neqativ halların kifayət qədər çox olduğu bildirilir.
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə, son iki ildə Ağdam rayon Məşğulluq Mərkəzində "özünə məşğulluq" proqramı vasitəsilə texniki avadanlıq və mal-qara ilə təmin olunma prosesində ciddi maxinasiyalar baş vermiş, insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində dövlətin ayırdığı vəsaitlər müəyyən şəxslər tərəfindən mənimsənilmişdir. 

Məlumatlarda hətta proqram çərçivəsində "qalib olan" şəxslərə verilən texniki avadanlıq və mal-qaranın sonradan "qara bazar"da satıldığı deyilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook