SON XƏBƏR

Sahibə Qafarova: Azərbaycanda həyata keçirilən gender siyasəti bir çox hökumətlər üçün nümunəvi model ola bilər

Dekabr 15
00:23 2016
Monteneqronun Budva şəhərində "Qərbi Balkanlarda və Türkiyədə gender bərabərliyi gündəliyinin təkmilləşdirilməsi" mövzusunda konfrans keçirilib. Milli Məclisin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi və "Zorakılıqdan azad qadın" parlament şəbəkəsinin rəhbəri və siyasi əlaqələndiricisi Sahibə Qafarova tədbirdə AŞPA-nı təmsil edib. Konfransın sessiyasına moderatorluq edən AŞPA-nın komitə sədri vurğulayıb ki, bu gün gender siyasətinin tənzimlənməsi, cinsi-ayrıseçkiliyin bütün təzahürlərinin aradan qaldırılması istiqamətində bir çox beynəlxalq hüquqi sənədlər qəbul olunub, ayrı-ayrı dövlətlər tərəfindən geniş təşəbbüslər irəli sürülüb. Bununla belə qadınlar üçün bəyan edilən bərabər hüquqlar bir çox hallarda real bərabər imkanların olmaması üzündən gerçəkləşə bilmir. Millət vəkilinin sözlərinə görə, ümumdünya insan haqları təşkilatlarının apardıqları araşdırmalar da belə bir qaənaəti ortaya qoyur ki, qadınların böyük bir hissəsinin bu və ya başqa formalarda hüquqları pozulur, zorakılığa və təzyiqlərə məruz qalır. Hətta bir sıra ölkələrdə qadınların səsvermə hüququ və digər elementar hüquqları əllərindən alınmışdır. Təbii ki, bütün bunlar təkcə hüquqları pozulan qadınların deyil, dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq, hər birimizin problemidir və bu, bizi narahat etməlidir.
 
Milli Məclisin deputatı həmçinin ölkəmizdə gender məsələləri, eləcə də bu sahədə qəbul olunan qanunlar haqqında iştirakçılara ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən gender siyasətinin qadınların cəmiyyət həyatında və idarəetmədə rolunun artırılması, real bərabər imkanların yaradılması istiqamətində uğurları bir çox hökumətlər üçün nümunəvi model ola bilər.
 
AŞPA-nın və BMT-nin İnkişaf Proqramı tərəfindən təşkil olunan tədbirdə Monteneqronun əmək və sosial rifah naziri Kemal Puruşiç, insan hüquqları və azlıqların hüquqları naziri Mehmet Zenka, Monteneqro parlamentinin sədri İvan Brajovic, Albaniyanın sosial rifah və gənclər naziri Blendi Klosi, Bosniya və Herseqovinanın insan haqları və qaçqınlar üzrə naziri Semiha Borovac, Türkiyənin qadın və kişilər üçün bərabər imkanlar üzrə komitəsinin sədri Radiye Sezer Katırcıoğlu çıxış ediblər.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook