SON XƏBƏR

Sahibə Qafarova AŞPA-nın komitə sədri qismində faktaraşdırıcı missiyaya rəhbərlik edəcək

Sentyabr 18
17:41 2017
Milli Məclisin deputatı, AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun komitə iclaslarında iştirak etmək üçün sentyabrın 17-dən 20-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
 
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya komitəsində insan hüquqlarının qorunması, diskriminasiyadan yayınma, iqtisadiyyatda qadın hüquqlarının gücləndirilməsi, uşaqlar arasında gender bərabərliyinin təbliği, Avropada zorakı evliliklər kimi aktual məsələlər müzakirə ediləcək.
 
Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitədə isə əsasən uşaq hüquqlarının vəziyyəti nəzərdən keçiriləcək. Yetim qalmış miqrant uşaqların övladlığa verilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi, miqrant uşaqların orta məktəblərdə təhsilə cəlb olunması vacibliyi, AŞ-ın üzv dövlətlərində ailəvi qruplaşmalar, miqrasiya böhranında qaçqın və məcburi köçkünlərin hüquqları ətrafında da müzakirələr aparılacaq.
 
Deputatımız hər iki komitənin iclaslarında müzakirələrdə iştirak edəcək.
 
S.Qafarova sentyabrın 20-də Norveçin paytaxtı Osloya yola düşəcək. Deputat AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri qismində faktaraşdırıcı missiyaya da rəhbərlik edəcək.
 
Səfər sentyabrın 23-də başa çatacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook