SON XƏBƏR
  • "Azərpambıq ASK” MMC işçinin haqqını yeyir - ŞİKAYƏT"Azərpambıq ASK” MMC-nin Bərdə rayonundakı işçisi nə əmək haqqını, nə də əlavə ayrılmış subsidiyanı ala bilmir Əlil övladının müavinətini bəzən olur ki, pambığla bağlı işlərə xərcləyir. Axırda da o..
  • Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edibAzərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə işti..
  • Cəbhə bölgəsində son vəziyyətErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub. Ermənistan Respublikası Krasno..
  • Pensiyalar yenə qalxacaq - Oktyabrın 1-dən"Minimum əmək haqlarının artırılması barədə imzalanan sərəncam dövlət sektorunda çalışan 500 mindən çox işçiyə şamil olunacaq”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev ..
  • DİN əməkdaşlarının maaşları artırılıbPrezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) ma..
  • Müəllimlərin də maaşı artdıPrezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncam imzalayıb. ..
  • “Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istədiRusiyaya məxsus "Ural” Hava Yolları aviaşirkəti Azərbaycandan üzr istəyib. Qlobal.az APA-ya istinadən xəbər verir ki, "Ural” avia şirkətinin mətbu orqanı olan jurnalda Dağlıq Qarabağa helikopterlər..
  • Prezidentdən sərəncam: Minimum əməkhaqqı 250 manat olduPrezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.   Qlobal.Az xəbər verir ki, sərəncama görə, minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib..
  • Zakir Həsənov: “Şəhid mayor mənim əmrimi icra edib”"Azərbaycan xalqı Ordumuzun qələbəsini gözləyir. Lakin müharibəni hərbçilər başlamır, hərbçilər icraçıdırlar". Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. O bildirib ki,..
  • Nərimanovda bir qrup sakin aksiya keçirdi – SəbəbBu gün "İnteks” MMC tərəfindən aldadıldığını iddia edən Nərimanov rayon sakinləri Firdovsi Məmmədov 9 küçəsi ilə Təbriz küçəsinin kəsişdiyi ünvanda aksiyaya başlayıblar. Qlobal.az Sputnik.az-a isti..

Şahdağ Milli Parkı vəhşicəsinə məhv edilir, Muxtar Babayev isə susur - (VİDEO)

Avqust 10
13:54 2018
Yaşılıqların və meşə zolaqlarının ölkə boyunca talan edilməsi prosesi davam edir. Prezident seçkilərindən sonra Ekologiya va Təbii Sərvətlər Naziri postunda dəyişiklik edilərək bu kürsüyə Muxtar Babayevin təyin olunması da heç nəyi dəyişməyib. Əksinə meşələrin qırılması əvvəl gizli şəkildə həyata keçirilirdisə indi proses aşkar şəraitdə həyata keçirilir.

Muxtar Babayevin bu posta təyinatı ictimaiyyətdə müəyyən ümidlər yaratsa da lakin aradan keçən çox qısa zaman kəsiyində bu ümidlərin heç bir əsasa söykənmədiyi təsdiqlənməkdədir. Bunu dövri mətbuatda dərc olunan yaşıllıqların məhv edilməsi ilə xəbərlər sübut edir.

Artıq vəziyyət o həddə qədər inkişaf edib ki, xüsusi mühafizə olunan qoruq və milli parkların ərazilərindəki yaşıllıqlar məhv edilir.

Bununla bağlı redaksiyamıza  daxil olan videogörüntülərdən məlum olur ki, Şahdağ Milli Parkının Qəbələ rayonu hissəsində ağaclar kütləvi şəkildə məhv edilir. Videolarda Şahdağ Milli Parkının səlahiyyətli şəxslərinin merkantil maraqlarının heç bir sərhəd tanımadığı görünür. Belə ki, qırılan meşə ərazisi bir müddət sonra səhralığa çevrilə bilər…

Qeyd edək ki, Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli, 1814 saylı sərəncamı ilə yaradılan Şahdağ Milli Parkının ilkin olaraq ərazisi 115,895 hektar təşkil etsə də, Nazirlər Kabinetinin 8 iyul 2010-cu il tarixli, 193/S nömrəli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14,613.1 hektar genişləndirilərək 130,508.1 hektara çatdırılmışdır. Şahdağ Milli Parkına İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21,014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81,797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar daxildir.

Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir.Bu vəzifənin icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoyulub.

Qəbələ rayon sakinin Şahdağ Milli Parkında çəkdiyi görüntüləri təqdim edirik:
 

 



Görüntülərdən məlum olur ki, edilən şikayətlərə baxmayaraq Şahdağ Milli Parkında meşələrin məhv edilməsi prosesi indi də davam edir:
 



Şahdağ Milli Parkında baş verənlərlə bağlı araşdırmalarımız davam edir. Ümid edirik ki, muvafiq qurumlar Şahdağ Milli Parkında baş verənlə bağlı tədbir görüləcək…(Aztoday.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook