SON XƏBƏR

Şahbuzun Aşağı Qışlaq kəndində uşaqlar tibbi müayinədən keçirilib

May 24
01:41 2017
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası Şahbuz rayonundakı Aşağı Qışlaq kəndində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirib.
 
Qlobal.az Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, həkim-ginekoloq, pediatr, LOR, endo­krinoloq və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında 30 nəfər uşağa tibbi xidmət göstərib, onlardan bəzilərinin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülüb, valideynlərlə səhiyyə maarifi işi aparılıb.
 
Xəstələrə pulsuz dərman və sarğı materialları verilib, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik köməklik göstərilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook