Şagirdin həm Bakıda, həm də ABŞ-da təhsil almasına göz yuman saxtakar direktor işdən çıxarıldı
Fevral 24
14:05
2020
Bakı şəhəri 53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib.
"Bakı şəhəri 53 nömrəli tam orta məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun böyük məsləhətçisi Rəşad Alcanova həvalə edilib”.
Qeyd edək ki, bir müddət əvvəl Oxu.Az Bakı şəhəri 53 nömrəli məktəbin direktoru Firəngiz Həsənovanın işində ciddi saxtakarlığa yol verməsi barədə məlumat yaymışdı.
Ötən dərs ilində IX sinfi bitirmiş Nigar Bayramlı bu dərs ilində ABŞ-da təhsilini davam etdirməklə bərabər, 53 nömrəli məktəbin X sinif şagirdi kimi təhsil alır. Çünki direktor onun "kağız üzərində təhsil almasına” şərait yaradıb.
O, həmçinin, məktəbə qeyri-rəsmi şəkildə işçilər götürürmüş. Bütün bunlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma başlanılmışdı.