SON XƏBƏR

Sabirabadda məscid yanıb

Yanvar 26
11:37 2016
Sabirabad rayonunda məscid yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Qaratuğay kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli qamış örtükdən ibarət kənd məscidinin yanar konstruksiyaları və içərisindəki əşyalar 80 kv.m sahədə yanıb. Məscidin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook