SON XƏBƏR

Sabiq prorektor dindirildi: "Müstəntiq mənim adımdan yazıb" - generalların işi

Aprel 25
15:30 2017
Ləğv edilmiş MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutmayıb.
 
Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib.
 
Moskva Dövlət Açıq Universitetinin bağlanan Bakı filialının prorektoru olmuş Ramazan Hüseynov zərərçəkmiş kimi istintaqda üç dəfə ifadəsini dəyişib. O, əvvəlcə pulu MTN əməkdaşı Nazim Nəsibova verdiyini, ikinci dəfə isə Akif Çovdarova verdiyini deyib.
 
Bu gün baş tutan məhkəmədə ifadə verən R.Hüseynov pulu keçmiş MTN əməkdaşı Nazim Nəsibova verdiyini deyib. Onun istintaq zamanı verdiyi ifadə ilə məhkəmə zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu müəyyən edilib. Zərərçəkmiş bu ziddiyyətlərin səbəbini izah edərkən ifadələrini oxumadan imzaladlğını deyib. O, həmçinin deyib ki, ifadəsindəki bəzi hissələri müstəntiq onun adından yazıb. R.Hüseynov həbsdə olan general S.Qurbanovu tanımadığını, ona pul vermədiyini deyib.
 
Xatırladaq ki, sabiq prorektor istintaqa deyib ki, MTN əməkdaşları ondan 450 min manat alıb. Səbəb kimi isə universitetin filialına qanunsuz yollarla tələbə qəbulu göstərilib və qarşılığında bu məbləğ ondan alınıb.
 
İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook