SON XƏBƏR

Sabiq nazir müavininin oğlu həbs edildi

Noyabr 06
10:34 2017
Təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərovun oğlu həbs edilib. 

Musavat.com "Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl Kənan İsgəndərov hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi vəzifəsini daşıyan K.İsgəndərov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunur.
 
Musavat.com xatırladır ki, həbs edilən Kənan İsgəndərov iş adamı Zaman İsgəndərovun nəvəsi yox, qardaşının oğludur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook