SON XƏBƏR

Sabiq icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli (FOTOLAR)

İyun 08
16:16 2019
Salyanın keçmiş icra başçısı Tahir Kərimovun Qusar rayonunda milyonluq biznes əmlakı ortaya çıxıb. 

Bu barədə demokrat.az-a Qusar rayon sakinləri məlumat veriblər. 

Məlumata görə, Qusarın Qayakənd ərazisində yerləşən və hektarlarla meşə sahəsi olan "Alpine Qusar HotelResort" adlanan istirahət mərkəzi Tahir Kərimova məxsusdur. Sözügedən istirahət mərkəzi Qusarın ən səfalı və bahalı ərazisində - Qusar çayının sahilində yerləşir. 



Sabiq icra başçısı özü də tez-tez burada istirahət edir. Hazırda sözügedən obyekt Tahir Kərimovun qohumları tərəfindən idarə olunur. 

Sayt məsələ ilə bağlı münasibətini öyrənmək üçün Tahir Kərimovun telefon nömrələrinə zəng etsə də, onunla əlaqə saxlamaq cəhdləri alınmayıb. 

Qlobal.Az
 





































































Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook