SON XƏBƏR

Sabiq deputata 400 min "atan" direktora hökm oxundu - 10 il həbs

İyul 18
14:03 2017
Sabiq deputata qarşı dələduzluq edən şəxsə hökm oxunub.
 
Musavat.com xəbər verir ki,Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüqar Rəhimovun cinayət iş üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Vüqar Rəhimov 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq deputat, "Sumqayıt-Çörək” ASC-nin rəhbəri Tofiq Hüseynovdur. O, həmçinin "TERM" tikinti şirkətinin təsisçisidir.
 
Təqdirləndirilən Vüqar Rəhimov "TERM" tikinti şirkətində mühasib, daha sonra isə direktor işləyib. İttihama görə, o, şirkətdə işləyərkən 400 min manatı mənimsəməkdə təqsirləndirilir.
 
Zərərçəkmiş, sabiq deputat Tofiq Hüseynovun şikayətinə görə, etibar etdiyi Vüqar Rəhimov ona qarşı dələduzluq edib. Belə ki, şirkətə tikinti işləri ilə bağlı lazım olan 877 min manat "Rabitəbank" ASC-dən kredit götürülüb. Kredit xətti açılandan sonra Vüqar Rəhimov götürülən krediti təyinatı üzrə xərcləməyib, pulu mənimsəyib.
 
Həmçinin V.Rəhimov sabiq deputatın şirkəti tərəfindən inşa edilən binalardakı mənzilləri öz adına keçirməkdə də təqsirli bilir. Amma V.Rəhimov ona qarşı irəli sürülən ittihamlarla razılaşmır.
 
Qeyd edək ki, sabiq deputata məxsus "TERM" şirkəti Bakıda restoran, otel, yaşayış binalarının tikintisini həyata keçirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook