SON XƏBƏR

Sabahkı hərbi paradın aparıcısı dəqiqləşdi

Sentyabr 14
12:39 2018
Sabah - sentyabrın 15-də Bakıda möhtəşəm hərbi parad keçiriləcək.

Parad Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnak quldurlardan azad edilməsinin 100 illiyi münasibətilə Bakıdakı Azadlıq Meydanında keçiriləcək. 

Modern.az-ın əldə etdiyi məlumata görə, sabahkı paradın aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq.

Qeyd edək ki, bu il 26 iyun Silahlı Qüvvələr günündə keçirilmiş hərbi paradın aparıcısı da Abdulla Qurbani olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook