SON XƏBƏR

Sabahdan Azərbaycanda həccə gedənlərin sənədlərinin qəbuluna start verilir - Start qiymət 4150 dollardır

Fevral 11
14:38 2018
Həcc ziyarətinin qiyməti 4150 dollar müəyyənləşdirilib
 
Sabahdan Azərbaycanda bu ilki həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir.
 
APA-nın məlumatına görə, fevralın 12-dən həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (XİN) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4*6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.
 
Eyni zamanda bu ilki həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir varianta həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin qiyməti 4150 dollardır.
 
QMİ-dən xəbəri təsdiqləyiblər.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook