SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

Saatlının icra başçısı otelini və şadlıq sarayını təcili satışa çıxardı - Nə baş verir?

Oktyabr 10
14:39 2019
Nazim İsmayılovun oğlu Anar İsmayılov Göyçay şəhər mərkəzində yerləşən otelini satışa çıxardığı deyilir…

Uzun müddətdir müxtəlif rayonlarda icra başçısı vəzifəsi tutan və zaman-zaman mətbuatın gündəminə gələn Saatlı icra başçısı Nazim İsmayılovla bağlı yeni məlumat var. 
 
Pia.az-a Göyçaydan daxil olan məlumata görə Nazim İsmayılov Göyçay şəhər Heydər Əliyev prospekti 88-də yerləşən "Çinar” otelini və "Çinar” şadlıq sarayını satışa çıxarıb.

Bildirək ki, sözügedən oteli və şadlıq sarayını hazırda Nazim İsmayılovun oğlu Anar İsmayılov idarə edir. İcra başçısının Göyçay şəhərindəki otel və şadlıq sarayını satmasının səbəbkarının oğlu Anar İsmayılov olduğu deyilir.

Məlumata görə Anar İsmayılov oteli və şadlıq sarayını sataraq Ukraynada biznes yaratmaq niyyətindədir. Başçı oğlunun xariic ölkədə biznes qurmaq üçün Ukraynanı seçdiyi və bu iş üçün tez-tez həmin ölkəyə səfər etdiyi idda edilir.

Nazim İsmayılovun "Çinar” otelini və "Çinar” şadlıq sarayını 1,2 milyon manata satışa çıxardığı bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl ölkə mətbuatında Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü olması barədə məlumat dərc olunmuşdu və sənədlər yayılmışdı. Lakin Saatlı rayon İcra Hakimiyyəti Nazim İsmayılovun adından həmin məlumatı təkzib etmişdi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook