SON XƏBƏR

Saakaşvili Ukrayna Baş Prokurorluğunda dindiriləcək

Dekabr 13
00:39 2017
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili dindirilmə prosesində iştirak etmək üçün Ukrayna Baş Prokurorluğuna gedəcəyini bildirib.

"Report” xəbər verir ki, sorğu-sual dekabrın 18-nə təyin olunub.

"Mən qanuna riayət edəcəyəm, lakin bu prokurorluğa heç bir halda hörmət etməyəcəyəm", — deyə Saakaşvili ZIK telekanalının efirində bildirib.

Bundan əvvəl Baş Prokurorluq Saakaşvilini şübhəli şəxs qismində dindirilməyə çağırıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook