SON XƏBƏR

Sağ adama 14 il əvvəl qəbir qazılıb: Bəs həmin qəbirdə kim dəfn edilib? (VİDEO)

Noyabr 02
08:35 2017
Özü sağdır, amma 14 il əvvəl adına qəbir qazılıb və ölü kimi qeydiyyatdadır.

Xezerxeber.az-ın məlumatına görə, Abşeron rayonu, Saray qəsəbəsində baş verən bu qəribə hadisə haqqında məlumat vermişdik. Şəkil olmayan qəbir daşında 36 yaşlı Bayramov İlham Davud oğlunun 2003-cü ilin 29 dekabrında dəfn olunduğu həkk olunub.

Maraqlısı odur ki, həmin şəxs sağdır və Saray qəsəbəsində yaşayır. Bəs necə olub ki, qəbirə başqa adam basdırıblar və bu necə səhv düşüb? Yaxud qəbirdə həqiqətən adam basdırılıbmı?

İlham Bayramov psixoloji problemlərdən əziyyət çəkdiyi üçün heç bir suala cavab vermir.

Saray bələdiyyəsinin sədr müavini Şahlar Məhərrəmov isə deyir ki, həmin adama o vaxtki bələdiyyə sədri tərəfindən qəbiristanlıqda yer ayrılıb.
Abşeron rayonu Vətəndaş Aktlarının Qeydiyyatı şöbəsinə İlham Bayramova ölüm haqda şəhadətnamənin hansı şəraitdə verilməsi sualını ünvanlasaq da, cavab verən olmadı. Yalnız Saray Bələdiyyəsi sədrinin sorğusundan sonra şöbədən bildirilib ki, İlham Bayramovun ölməsi ilə bağlı 2003-cü ildə onlara müraciət daxil olunub və şəhadətnamə verilib. Amma müraciəti kimin etməsi haqda açıqlama verilməyib. Diqqət çəkən məqam isə budur ki, qəbrin üzərində "dayısından xatirə" sözləri yazılıb.

Saray cümə məscidinin axundu Qalib Tahirov isə bildirib ki, onlar da bu hadisədən təzə xəbər tutublar. Bu hal onları da təəcübləndirib.
İndi İlham adıyla dəfn olunan şəxsin kimliyi və bu halın nəyə görə baş verməsi hamı üçün maraqlıdır. Burda hansısa cinayət işinin olması da istisna edilmir. Abşeron rayon hüquq-mühafizə orqanlarından bildirdilər ki, belə bir hadisə haqda onlara hansısa müraciət daxil olmadığı üçün heç bir araşdırma aparılmayıb.

"Xəzər Xəbər"in mövzunu ictimailəşdirməsindən sonra hüquq-mühafizə orqanları ciddi araşdırmalara başlayıb. Araşdırmanın nəticələri haqda ictimaiyyətə açıqlama veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook