SON XƏBƏR

Rövşən Rzayev: Yeniyetmənin xəsarət alması ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilən təxribatdır

Avqust 10
18:46 2017
"Tovuz rayonunda yeniyetmənin xəsarət alması ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilən təxribatdır”. Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.
 
R.Rzayev bildirib ki, Ermənistan bu təxribatı həyata keçirməkdə iki məqsəd güdür: "Birinci məqsəd danışıqlar prosesini pozmaq və münaqişənin həllini uzatmaqdır. Digər tərəfdən, qoşunların təmas xəttində deyil, sərhəd zonasında təxribat törətməklə ermənilər çalışırlar ki, Azərbaycan ordusu bu təxribatlara cavab versin. Ermənilər bu cür təxribatları Dağlıq Qarabağ bölgəsində törətməklə bərabər, Azərbaycanın digər bölgələrində də edirlər ki, bu da beynəlxalq prinsiplərə tamamilə ziddir”.
 
Rövşən Rzayev qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri passiv siyasətdən aktiv siyasətə keçməlidir ki, belə təxribatlara yol verilməsin və dinc sakinlər bu cür hadisələrin qurbanı olmasın.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook