SON XƏBƏR

Rövnəq Abdullayev, yoxsa Elxan Məmmədov: Kim istefa verəcək?

İyun 12
11:34 2019
Milli komandamız Avro-2020-nin seçmə mərhələsində Slovakiyaya biabırçı məğlubiyyətindən sonra AFFA rəhbərliyi təcili toplantı keçirib.

"Yeni Sabah” xəbər verir ki, hələlik toplantının nəticələri ilə bağlı heç bir məlumat yoxdur. Amma AFFA rəhbərliyinin 1:5 hesablı növbəti rəzillikdən sonra istefa mədəniyyəti nümayiş etdirəcəkləri haqda arzular var.

Amma bu təkcə arzu deyil.

Dünən millimizin qapısına ilk qol vurulandan sona kimi stadionda "İstefa” şüarının ard-arası kəsilmədi. Hətta bu bu tələbi səsləndirənlərin bəzilərinin polis tərəfindən saxlanılması haqda da xəbərlər yayılıb.

Artıq uzun illərdir ki, ürəyi futbolumuzun inkişafı üçün alışıb yanan azarkeşlər AFFA rəhbərliyinin dəyişilməsini tələb edirlər. Normalda bu addım çoxdan atılmalı idi. Tələb olmadan. Amma bu dəfə tələb kütləvidir. İstefa olacaqmı?

Qlobal.az 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook