SON XƏBƏR

Rövnəq Abdullayev qalmaqallı müdiri işdən çıxardı

May 02
11:30 2019
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin –  SOCAR-ın "Kompleks qazma işləri” trestinin müdiri İskəndər Şirəli bu gün vəzifəsindən azad edilib. 

2007-ci ildən SOCAR-ın "Kompleks qazma işləri” trestinin müdiri işləyən İskəndər Yaqub oğlu Şirəli  ondan əvvəl "Xəzərdənizneft” İstehsalat Birliyi, "Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin və Abşeron Qazma İşləri İdarəsinin rəisi vəzifələrində çalışıb.

Əməkdar mühəndis, elmlər doktoru olan İ. Şirəli həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professorudur.

Azpolitika.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook