SON XƏBƏR

Rövnəq Abdullayev AFFA prezidenti postuna namizədliyini irəli sürdü

Yanvar 18
19:26 2020
Rövnəq Abdullayev 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. 

Bu barədə assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Abdullayev öz namizədliyini irəli sürüb.

Xatırladaq ki, 55 yaşlı Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə, 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook