SON XƏBƏR

“Rusiyaya qarşı sanksiyalar o zamanadək qalacaq ki…” – Reks Tillerson

Aprel 24
12:10 2017
Rusiyanın Ukraynanın şərqindəki fəaliyyəti Moskva və Vaşinqton arasındakı münasibətlərə mane olur.
 
Avropa.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışığında deyib.
 
ABŞ Dövlət Departamentinin məlumatında deyilir ki, Tillerson özünün Moskvaya səfərini və Rusiya hakimiyyətinin ona mesajını müzakirə etmək üçün Poroşenkoya zəng edib.
 
Ağ Ev Kremllə münasibətlərin yaxşılaşdırılmasında maraqlı olduğunu bildirib. Lakin Krım üzərində nəzarət Ukraynaya qaytarılmayanadək və Minsk anlaşmasının şərtləri tam yerinə yetirilməyənədək sanksiyalar qalacaq. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook