SON XƏBƏR

Rusiyaya qar yağdı

İyun 01
11:04 2018
Rusiyanın Ekaterinburq şəhərində iyunun 1-ə keçən gecə qar yağıb.

Trend-in məlumatına görə, sinoptiklər buludlu hava şəraiti olacağı barədə məlumat versələr də, qarın yağması sakinlər üçün gözlənilməz olub.

Qar bir saat ərzində fasiləsiz yağıb. Gecə havanın temperaturu -4 və - 9 arasında dəyişib.

Bugünkü proqnoza görə, Rusiyanın bu şəhərində arabir yağış gözlənilir.

Qeyd edək ki, ötən gün Rusiyanın Kirov şəhərinə də qar yağmışdı. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook