SON XƏBƏR

Rusiyanın terror qruplaşmasının 12 üzvü saxlanılıb

Aprel 27
00:56 2017
Rusiyanın Kalininqrad şəhərində terror qruplaşmasının üzvləri saxlanılıb. Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti xəbər verib.
 
Xəbərdə bildirilir ki, "İslami cihad - mücahidlər camaatı" terror qruplaşmasının 12 üzvü Federal Təhlükəsizlik Xidmətinin Daxili İşlər Nazirliyi və Rusiya Milli
Qvardiyasının Kalininqrad vilayəti İdarəsi ilə birlikdə keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. Saxlanılanların Orta Asiya respublikalarından olduğu, onların beynəlxalq terrorçu təşkilatlar üçün üzv toplama fəaliyyəti ilə məşğul olduqları bildirilir.
 
Terrorçu qrupun rəhbəri Özbəkistan və Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. O, Kalininqrad vilayətinin Mərkəzi Asiyadan olan sakinlərini beynəlxalq terror təşkilatı "İslami cihad - mücahidlər camaatı"na cəlb edib.
 
Hazırda cinayətkar beynəlxalq terrorçu təşkilatların fəaliyyətində öz yaxınlarının iştirakı barədə ifadələr verir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook