SON XƏBƏR

Rusiyanın Hərbi Artilleriya Akademiyasında təhsil alan azərbaycanlı kursant qətlə yetirilib

Dekabr 21
11:40 2017
Rusiyanın Mixaylovski Hərbi Artilleriya Akademiyasında təhsil alan Azərbaycan vətəndaşı olan kursant qətlə yetirilib.
 
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Sankt-Peterburq şəhərində baş verib.
 
Məlumata görə, Azərbaycan vətəndaşı olan və birinci kursda təhsil alan iki kursant akademiyanın çamaşırxanasında mübahisə ediblər.
 
Mübahisə zamanı onlardan biri üzərində gəzdirdiyi bıçaqdan istifadə edib və kurs yoldaşı olan Azərbaycan vətəndaşına zərbə endirib. Bıçaq zərbəsi kursantın ürək nahiyəsinə tuş gəldiyindən o, hadisə yerində ölüb.
 
Qətl hadisəsi törədən şəxs tutulub. O, hazırda polis bölməsində saxlanılır.
 
Həmin kursantların adları açıqlanmayıb.
 
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook