SON XƏBƏR

Rusiyanın Ermənistandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib

Aprel 25
15:27 2018
Rusiyanın Ermənistandakı səfirliyi Yerevanda davam edən etiraz aksiyaları ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib

Səfirlik əməkdaşlarına bu gün səfirlik ərazisindən çıxmamaq tövsiyə olunub.

Bundan başqa, diplomatik missiyaya giriş-çıxışlar da məhdudlaşdırılıb.

Xatırladaq ki, bir müddət Rusiya XİN Ermənistandakı vətəndaşlarına kütləvi yerlərdən uzaq durmağı tövsiyə etmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook