SON XƏBƏR

Rusiyanın Ankaradakı səfiri öldürüldü- VİDEO

Dekabr 19
22:28 2016
Rusiyanın Türkiyədəki səfirinə sui-qəsd olub.

Musavat.com-un Habertürk-ə (daha sonra digər Türkiyə KİV-lərinə) istinadən verdiyi məlumata əsasən səfir Andrey Karlov Ankaranın Çankaya rayonunda qatıldığı sərgidə silahlı hücuma məruz qalıb.  Sui-qəsdçinin polis işçisi olduğu xəbər verilir.

Hadisə şahidlərinin verdikləri məlumata görə, səfiri danışmaq üçün səhnəyə çağıran zaman salondan kostyumlu bir nəfər silahı qaldıraraq "Hələbin hesabı sorulacaq", deyə bağırıb və dalbadal atəş açıb. Həmin şəxsin sərgi salonuna polis vəsiqəsi ilə daxil olduğu da iddia edir.  

Sui-qəsd zamanı yaralıların olduğu bildirilir. Son dəqiqə bilgisinə görə, həmin sui-qəsdçi 40 dəqiqə sonra yaxalanıb. 

Səfirin danışmağa başladığı an. 1 saniyə sonra atəş açılır...

Səfri Andrey Karlovun sui-qəd zamanı ağır yaralandığı və xəstəxanaya qaldırıldığı gələn xəbərlər arasındadır.

Bəzi məlumatlarda isə iddia edilir ki, səfir aldığı yaralardan ölüb. 

Hadisədən 45 dəqiqə sonra Türkiyənin polis naziri Süleyman Soylu hadisə yerinə gəlib.

Rusiya səfirinin yaralanmasını rəsmən təsdiq edib.    

Anadolu agentliyi saat 20.45 radələrində məlumat yayıb ki, sui-qəsdçi zərərsizləşdirilib. Yəni ölü olaraq ələ keçirilib.

(Sui-qəsdçinin fotosu)

 


Qeyd edək ki, son 10 gündə Türkiyədə terror hadisələri səngimir.   

***

Rusiyanın "Rossiya 24" telekanalının verdiyi məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Ankaradakı səfirinə qarşı sui-qəsdə münasibət bildirib. 

Rusiya XİN-i rəsmi Moskvanın Türkiyə hakimiyyəti ilə sıx təmas vəziyyətində olduğunu vurğulayıb: "Rusiyanın Türkiyədəki səfirinə qarşı törədilən sui-qəsdi terror aktı kimi qəbul edirik. Cinayətkarların - sifarişçilərin və qatillərin cəzalanacağını bəyan edirik. Bu terror aktı ilə bağlı bütün məqamların BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilməsinə nail olacağıq".
 

loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook