SON XƏBƏR

Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsini ifşa edəcək yeni şahid peyda oldu

Avqust 19
00:12 2017
Ukraynalı haker rusiyalı həmkarlarıyla bağlı xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə razılıq verib; onun ifadələri bir çox mətləblərin üstünü aça bilər

Ukraynanın kiberpolis idarəsinin rəhbəri Sergey Demidyuk maraqlı açıqlama ilə çıxış edib. O, ukraynalı bir hakerin Rusiyanın ABŞ-dakı prezident seçkilərinə qarışdığı iddiası üzrə aparılan təhqiqata yardım etmək istədiyini söyləyib.

Məsələ ilə bağlı "The New York Times” qəzetində maraqlı məqalə yayınlanıb.

Endryu Kramer və Endryu Higgins tərəfindən qələmə alınan yazıda "Prefexer” ləqəbli ukraynalı hakerin FTB-nin şahidinə çevrildiyi barədə məlumat verilib. Qəzet "Profexer”-in Rusiyanın ABŞ seçkilərinə qarışmasına imkan verən ziyanverici proqramların müəlliflərindən biri olduğunu iddia edir. Məqalədə haker tərəfindən ötürülən məlumatların Rusiya xüsusi xidmət orqanlarının bu sahədəki iş prinsiplərinin öyrənilməsi baxımından olduqca qiymətli olduğu qeyd edilir. Aydın olur ki, Rusiyanın bütün dünyanın canına vəlvələ salan kiberfəaliyyət strukturları təkcə virus kodları yazıb onlardan hücum məqsədilə istifadə edən bir qrup hakerdən ibarət deyil. Burada dünyanın istənilən nöqtəsində istedadlı hakerləri işə cəlb etməyə imkan verən daha mürəkkəb strukturdan danışmaq olar.

Müəlliflərin yazdığına əsasən, Ukraynadan gələn dəlillər daha çox "Fancy Bear” kimi tanınan və Rusiyanın hərbi kəşfiyyatına daxil olan "Advanced Persistent Threat 28” haker qrupunun daha dəqiq portretini cizmağa şərait yaradır.

Qəzet adı çəkilən qrupun daha çox təşklati işlər və maliyyə mərkəzi olaraq fəaliyyət göstərdiyini vurğulayır. Əsas iş isə əvvəllər müxtəlif kibercinayətlərə adı qarışan şəxsi podratçıların üzərinə düşüb. Rusiya kəşfiyyatı tərəfindən qurulan və idarə edilən bu sistem hakerlərin Moskva ilə birbaşa bağlantısını müəyyən etməyə çətinlik törədir.

"Mötəbər şahidlərin olmaması, Tramp və onun kimilərinin Rusiyanın ABŞ-ın Dmeokrat partiyasının serverinə hücum təşkil etməsi ilə bağlı şübhələrinə bəhanə verir”, - müəlliflər yazır.

ABŞ ekspertləri bu səbəbdən diqqətlərini Rusiyaya yaxın bölgələrə, xüsusilə, Ukraynaya yönəldiblər. Məqalədə Rusiyanın Ukraynadan siyasiləşmiş əməliyyatları həyata keçirmək üçün laboratoriya kimi istifadə etdiyi yazılıb.

"Profexer” ABŞ siyasətçilərinin poçt ünvanlarını sındıraraq girməyə imkan yaradan "P.A.S. web shell” zərərvurucu proqramının müəllifi olduğunu etiraf edib.

Ukraynalı hakerin sözlərinə görə, keçmiş SSRİ məkanında hakerlərin özünün gizli şəbəkəsi vövcuddur. Bu şəbəkədə kibercinayətkarlar ən yeni "nailiyyətlərini” nümayiş etirirlər.

Ukrayna kiberpolisinin rəhbəri Serhey Demidyuk Profexerin özünün onlara çıxdığını söyləyir. Haker bu ilin yanvarından etibarən kibercinayətkaların şəbəkəsində olmadığını söyləyib. Maraqlıdır ki, Kiyev polisi hakeri həbs etməyib. Əvəzində həmin şəxs proqramdan istifadə edənlərin adlarını söyləməyə razılaşıb.

ABŞ xüsusi xidmət orqanları Rusiyanın həyata keçirdiyi hücum cəhdlərinin bir çoxunda adıçəkilən proqramdan istifadə olunduğunu təsdiqləyiblər.

Məqalədə Ukrayna hakimiyyətinin D.Trampı qəzəbəndirmək qorxusuna rəğmən ABŞ təhqiqatçıları ilə məsələ ətrafında geniş əməkdaşlıq etdiyi vurğulanır.

Qəzetin yazdığına görə, Ukrayna 2014-cü ildə keçirilən və Pyotr Poroşenkonun qələbəsi ilə nəticələnən prezident seçkiləri zamanı hücuma məruz qalan serverlərinin sərt disklərinin nümunələrini ABŞ-a təqdim edib. ABŞ prokurorluğu ölkənin siyasi şəxslərinin poçt ünvanlarının sındırılmasında istifadə olunan proqramla Ukraynada istiafə olunan "Sofacy” proqramının eyni olduğu qənaətinə gəliblər.


Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook