SON XƏBƏR

Rusiyanı heyrətə gətirən azərbaycanlı vunderkind danışdı (VİDEO)

Sentyabr 26
00:01 2017
6 yaşlı azərbaycanlı uşaq Rusiyanın 1-ci kanalındakı verilişdə hər kəsi heyrətə gətirib. Ruslan Səfərov ən çətin hesablamaların cavabını bir neçə saniyədə düzgün taparaq münsiflər heyətini, eləcə də tamaşaçıları təəccübləndirib. Yaxınlarının sözlərinə görə azyaşlı yazıb-oxumağı 2 yaşında ikən öyrənib.

6 yaşlı azərbaycanlı uşaq Rusiyanı heyran qoydu.
 
"Rusiya 1” kanalında yayımlanan Qəribə adamlar adlı şousunda iştirak edən 6 yaşlı Ruslan Səfərov öz qeyri-adi və sürətli hesablama metodu ilə proqramın fenomeninə çevrilib.
 
Özünü "kalkulyator insan” adlandıran Ruslan Səfərov ona verilən bütün sualların cavabını düzgün deyib.Sosial şəbəkələrdə də geniş müzakirə olunan bu proqramın qəhramanı xəzər xəbər-ə danışıb… Qusar sakini, Ruslan Səfərov hesablama qabiliyyətinə görə yaşıdlarından fərqlənir. O, 6 yaşı olmasına baxmayaraq kökaltı və faiz məsələlərini asanlıqla həll edir.
 
Yaxınlarının sözlərinə görə Ruslandakı bu qabiliyyəti hələ 1 yaşında olarkən aşkar ediblər.Atası uşağın çarpayısına hərfləri və rəqəmləri asaraq ona ilk dərsini keçib.
2 yaşında ikən yazıb-oxumağı bacaran Ruslan daha sonra daha çətin misalların həllinə başlayıb.
 
Hazırda Ruslan yuxarı siniflərə məxsus daha çətin riyazi misalların həllini öyrənir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook