SON XƏBƏR

Rusiyanı bürüyən aksiyalar: “Rosqvardiya” dəstələri müxalifətçiləri gözləyir

İyun 12
16:22 2017
Çelyabinsk şəhərində də bir neçə min adam Aleksey Navalnının çağırışı ilə antikorrupsiya mitiqinə çıxıb. Mitinq icazəlidir və ciddi insident qeydə alınmayıb.
 
Rusiyanın ikinci paytaxtı hesab olunan Sankt-Peterburqda isə meriya aksiyaya icazə verməyib, bununla belə Navalnının tərəfdarları şəhərin Mars çölündə toplaşmağa hazırlaşırlar. Həmin ərazini "Rosqvardiya”nın döyüşçülərinin olduğu avtobuslarla əhatəyə alıblar.
 
Moskvada isə meriyanın mitinq üçün ayırdığı Saxarov meydanı hazırda boşdur. Navalnı öz tərəfdarlarını mərkəzi Tver meydanına çağırıb. Tver meydanına hazırda heç kim buraxılımır. "Rosqvardiya” dəstələri meydanı əhatəyə alıb. Meriya orada "Rusiya günü” yürüşünün keçiriləcəyini elan edib.
 
Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Navalnının aksiyanı icazə verilmiş yerdə deyil, Tver meydanında keçirmək barədə çağırışına şərh verib, bunun meriyaya aid məsələ olduğunu deyib: "Əsas məsələ odur ki, təxribat olmasın”. (virtualaz.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook