SON XƏBƏR

Rusiyalı siyasi ekspert: "Qərb Qarabağ məsələsində Ermənistanı dəstəkləyir"

Noyabr 12
00:21 2018
"Təəssüf ki, nə Bolton, nə Pompeo, nə də başqa sponsor və indiki erməni hakimiyyətinin himayəçisi Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması üçün, demək olar, heç nə etmirlər”.
 
Bunu virtualaz.org-a eksklüziv açıqlamasında Rusiyanın tanınmış siyasi eksperti İqor Korotçenko deyib.
 
"Ermənistan vəziyyətin donunu açmaq üçün heç bir real addım atmır. Yerevan saxladığı Azərbaycan rayonlarını birmənalı olaraq verməyə hazırlaşmır. Ancaq o yad torpaqları qaytarmaq imtinasını erməni tərəfinin hansısa arzuları ilə şərtləndirir ki, Azərbaycan Qarabağ münaqişəsinin nizama salınması məsələsində öz mövqeyini dəyişdirsin. Təbii, Azərbaycan öz əvvəlki mövqelərindən imtina etmək barədə düşünmür", - İ.Korotçenko qeyd edib.
 
Buna görə hər şey necə var, elə də qalır. Və politoloq çox təəssüflə bildirir ki, Qərb Paşinyana və Ermənistanın başqa rəhbərlərinə öz dəqiq sözünü demək əvəzinə, onları dəstəkləməkdə davam edir.
 
"Guya Paşinyan "inqilabçıdır", buna görə ona hər şey olar. Amma fakt faktlığında qalır və heç kim onu dəyişdirmək gücündə deyil: Ermənistan Azərbaycan ərazilərini işğal edib və həmin torpaqları qaytarmaq istəmir. Və bu vəziyyətdə Qərbin sükutu yalnız hiddət doğurur", - deyə İ.Korotçenko vurğulayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook