SON XƏBƏR

Rusiyadan şok qərar: “Duty Free” alışlarına görə əlavə pul ödənilməlidir

Avqust 15
14:40 2017
Rusiyada fəaliyyət göstərən loukosterlər bundan sonra hava limanındakı "Duty Free” mağazalarından alınan əşyaların təyyarənin salonunda daşınmasına görə əlavə haqq tələb edəcəklər.
 
Virtualaz.org "Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, bu tələb yalnız qaytarılmamaq şərtilə alınmış büdcə tipli bilet sahiblərinə aiddir. Həmin sərnişinlərə təyyarənin göyərtəsində özləri ilə pulsuz olaraq yalnız üst geyimini aparmağa icazə verilir.
 
Yeni tələbin ən maraqlı cəhəti odur ki, sərhəd buraxılış məntəqəsini də keçdikdən sonra "Duty Free” mağazasından alış-veriş etmiş şəxslərin əlavə yük üçün ödənişi necə həyata keçirəcəkləri bildirilmir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook