SON XƏBƏR

Rusiyadan Gürcüstana göndərilən pulun məbləği artıb

Aprel 18
15:24 2017
Rusiyadan Gürcüstana qeyri-kommersiya məqsədi ilə göndərilən pulun məbləği bu ilin mart ayında 38,3 milyon dollar təşkil edib. 
 
"Report” "Sputnik-Georgia”ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Milli Bankından bildiriblər.
 
Məlumata görə, bu da cari ilin fevralı ilə müqayisədə 26,4 faiz, ötən ilin martında göndərilən pulun həcmindən 27,7 faiz çoxdur.
 
Milli Bankdan bildiriblər ki, bu ilin mart ayında müxtəlif ölkələrdən Gürcüstana 112 milyon dollar məbləğində pul göndərilib. Bu ötən ili uyğun dövrü ilə müqyisədə 23,5 faiz çoxdur. Bu ilin yanvar-mart aylarında isə Rusiyadan Gürcüstana 95,1 milyon dollar, ötən ilin eyni dövründə isə 74,8 milyon dollar göndərilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook