SON XƏBƏR

Rusiyadan ciddi xəbərdarlıq: Hər an partlayış gözlənilir

Avqust 08
00:19 2017
ABŞ Şimali Koreya böhranına yaramaz və şıltaq uşaq kimi münasibət göstərir.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
 
"Vaşinqton birbaşa məsuliyyət daşıdığı mövzuları başqalarına yükləməkdə maraqlı olur. ABŞ, istədiyini edə bilməyəndə, yaxud istədiyi oyuncağı alınmayanda özünü yerə vuraraq ağlamağa başlayan azyaşlını xatırladır. Koreya yardımadasında vəziyyət olduqca gərgindir. Ciddi xəta nəticəsində hər an "partlayış” baş verə bilər”, - diplomat bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook